50/50 kasko

50/50 Kasko sizə sığorta haqqını hissə-hissə ödəmək imkanı verir. Belə ki, avtomobili sığortalayarkən sığorta haqqının birinci hissəsini sığorta müqaviləsi bağlanan zaman ödəyirsiniz, ikinci hissə isə sığorta hadisəsi baş versə sizə ödəniləcək sığorta ödənişindən çıxılır. Hadisə baş vermədiyi halda pulunuz cibinizdə qalacaq. Avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçünçü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, təbii fəlakət, heyvanların hərəkətinə qarşı sizə təminat verir.

50/50 Kasko-dan əlavə təminatlar!

  • Təmir məntəqəsində və avtoyuyucuda dəyən zərərin qarşılanması;
  • Qırmızı işıqdan keçdikdə və digər yol-hərəkəti qaydaları pozulduqda dəyən zərərin qarşılanması;
  • Hadisə zamanı qısa müddət ərzində Günay Sığorta tərəfindən sənədlərin toplanması;
  • Sığorta hadisəsi baş verdikdə pulsuz evakuasiya xidməti.

Tələb olunan sənədlər:

  • Sığortalı tərəfindən doldurulmuş ərizə forması
  • Avtomobilin texniki pasportunun sürəti
  • Sığortalının şəxsiyyət vəsiqəsininin sürəti
  • Sürücünün sürücülük vəsiqəsinin sürəti
  • Etibarnamə ilə idarə olunursa sürəti